BDU-nun dosenti Zahid Hacıyev vəfat edib – FOTObackend

BDU-nun dosenti Zahid Hacıyev vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib.

Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Qeyd edək ki, Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-ci ildə anadan olub. 1966-69-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-73-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə “fizika-riyaziyyat elmləri namizədi” elmi dərəcəsi, 1988-ci ildə “dosent” elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosenti olub.