BDU-nun müəlliminin dəhşətli ölümünün səbəbi bilindibackend

BDU-nun müəlliminin dəhşətli ölümünün səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Lalə Hüseynovanın ölüm səbəbi məlum olub.

Onun ölümünə səbəb Sumqayıtda, “Yaşma bağları” adlanan ərazidə qəzaya düşməsi olub.

Belə ki, Lalə Hüseynovanın olduğu minik avtomobili yük maşınına çırpılıb.

Hadisə nəticədə 1974-cü il təvəllüdlü Lalə Hüseynova elə hadisə yerindəcə həyatını itirib, daha 2 nəfər – Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.

Bu barədə Oxu.Az-a universitetdən bildirilib.

Lalə Hüseynova 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub. 2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub.