BDU-nun Qazax filialının direktorundan İzmir zəlzələsi ilə bağlı açıqlamabackend

BDU-nun Qazax filialının direktorundan İzmir zəlzələsi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov özünün və kollektivin adından İzmirdə baş vermiş güclü zəlzələ ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Filialın professor və müəllim heyəti, tələbələr Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladıqlarını bildiriblər. Zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verərək yaralıların tezliklə sağalıb şəfa tapmasını diləyib.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov bildiribdi ki, Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”