BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdibackend

BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əyani tədris bərpa olunandan indiyə kimi Bakı Dövlət Universitetində (BDU) yeddi qrup üzrə dərslər onlayn formada keçirilir”.

BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

Onun sözlərinə görə, 2021/22-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada – mühazirələr həftədə iki gün olmaqla “BLACKBOARD” elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:

“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.

BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunublar. Onlar müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.

“Bu günədək BDU-da təhsil alanlar arasında hər qrupda bir nəfər olmaqla yeddi müxtəlif qrupda COVID-19 virusu aşkarlandığı üçün bütün dərslər 14 gün müddətinə onlayn formaya keçirilib”, – deyə o qeyd edib.

oxu.az

Loading...