BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilibbackend

BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti (BDU) və Qətər Universitetinin rəhbərləri arasında virtual görüş keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyindən məlumat verilib. Səfirliyin təşkilatçılığı ilə baş tutan görüşdə BDU-nun rektoru Elçin Babayev, Qətər Universitetinin prezidenti Həsən Əl-Dirhəm, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, eləcə də iki ali təhsil müəssisəsinin mütəxəssisləri iştirak ediblər.
Görüşdə BDU və Qətər Universiteti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.