BEA: “Çin və Rusiyadakı qeyri-müəyyənlik səbəbindən beynəlxalq qaz bazarlarında sıxlıq davam edir”backend

BEA: “Çin və Rusiyadakı qeyri-müəyyənlik səbəbindən beynəlxalq qaz bazarlarında sıxlıq davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Enerji Agentliyinin (BEA) təbii qaz bazarında 2022-ci il inkişafı və 2023-cü il üçün proqnozları özündə əks etdirən “Qaz Bazarı 2023 – 1-ci Rüb” hesabatı dərc edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, hesabata görə, ötən il qlobal təbii qaz istehlakının 1,6 faiz azalmasına baxmayaraq bazarda tədarük sıxlığı davam edib.

Enerji böhranının mərkəzində olan Avropada təbii qaz tələbatı 2022-ci ildə tarixin ən sürətli azalmasını qeydə alıb.
Sözügedən azalmada hökumətlərin enerji böhranı, sənaye istehsalının və istehlakçıların azalması, mülayim hava şəraiti ilə bağlı gördüyü fövqəladə tədbirlər təsirli olub.
Rusiyanın Avropa İttifaqına (Aİ) təbii qaz tədarükü 2022-ci ildə əvvəlki illə müqayisədə yarıdan çox, yəni 78 milyard kubmetr azalıb.

Çinin qaz tələbatının mümkün artımının beynəlxalq bazarlarda rəqabətin güclənməsinə və təbii qaz qiymətlərinin bu yay qeyri-davamlı səviyyələrə çatmasına səbəb ola biləcəyi proqnozlaşdırılır. Bu vəziyyət xüsusilə avropalı alıcılar üçün risk yaradır. Digər tərəfdən, bu il qlobal qaz tələbatının sabit qalacağı gözlənilsə də Rusiyadan qaz axını ilə bağlı qeyri-müəyyənliklər və dəyişən qiymətlərin iqtisadi təsirləri səbəbindən qaz bazarlarında sıxlığın davam edəcəyi gözlənilir.

//Safura Bənnayeva, Editor.az