Bədəl Bədəlov əsəbiləşdi: “Rövnəq Abdullayev mənə dəstək verib?”backend

Bədəl Bədəlov əsəbiləşdi: “Rövnəq Abdullayev mənə dəstək verib?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb. Manset.az-ın əldə etdiyi məlumata görə, həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manset.az-a açıqlama verib.

“Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?…”,- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.