Birləşmiş Ərəb Əmirlikləri Sudan Hava Yollarına məxsus uçuşların öz hava limanlarına enməsini qadağan edib.
Editor.az Sudan mediasına istinadla xəbər verir ki, Sudan bu qadağadan təəccüblənib.
Açıqlamada həmçinin qeyd olunub ki, BƏƏ səlahiyyətliləri Abu Dabi hava limanından Sudan Hava Yollarının uçuşunu qadağan edib.
Bəyanatda əlavə edilib ki, mülki aviasiya qurumu vəziyyəti izləyir və BƏƏ-dən uçmağı və ya bu ölkəyə gəlməyi planlaşdıran Sudan Hava Yolları sərnişinləri üçün bilet rezervasiyasını təşkil etmək üçün tədbirlər görür.
//Gülnarə Abasova, Editor.az

