BƏƏ HƏMAS-ın İsrailə hücumunu pisləyən ilk Yaxın Şərq ölkəsi oldubackend

BƏƏ HƏMAS-ın İsrailə hücumunu pisləyən ilk Yaxın Şərq ölkəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə HƏMAS-ın İsrailə hücumunu pisləyən ilk ölkə olub.

Editor.az bildirir ki, müraciət bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən edilib. Nazirlik Əbu-Dabinin mülki şəxslərin oğurlanmasından “şok keçirdiyini” və İsrailə hücumun və məskunlaşan ərazilərə raketlərin atılmasının ciddi bir eskalasiya olduğunu ifadə edib.

Departament vurğulayıb ki, hər iki tərəfin sakinləri hərbi əməliyyatların hədəfinə çevrilməmək üçün beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq tam müdafiə ilə təmin edilməlidir.

Bundan əlavə, XİN həlak olanların ailələrinə başsağlığı verib və dünya dövlətlərini qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün səy göstərməyə çağırıb. Onlar əlavə ediblər ki, BƏƏ regionda gərginliyi azaltmaq üçün tərəfdaşlarla əlaqə saxlayır.

//Samir Qurbanov, Editor.az