BƏƏ-nin gündəlik neft hasilatı 3 milyon barreli keçibbackend

BƏƏ-nin gündəlik neft hasilatı 3 milyon barreli keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mezrui ölkəsinin gündəlik neft hasilatının 3 milyon barreli keçdiyini bildirib. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, BƏƏ naziri Mezrui ölkəsinin OPEC+ qrupu ilə müqavilə müddətinin sonuna qədər əldə olunan razılaşmaya əməl edəcəyini də vurğulayıb.

Neftin ucuzlaşmasının qarşısını almaq üçün BƏƏ və digər hasilatçı ölkələrdə hasilatın azaldığına dair iddialar var idi. OPEC üzv ölkələrinin sabah keçirilməsi planlaşdırılan iclasından sonra OPEC+ qrupunun iyunun 30-da qlobal neft bazarlarında baş verənləri müzakirə etmək üçün iclas keçirəcəyi gözlənilir.

//Nəzərbəy Hacıağayev, Editor.az