“BƏƏ-nin investisiyası yaşıl  enerji mənbələrinin yaranması ilə şərtlənir”-ŞƏRHbackend

“BƏƏ-nin investisiyası yaşıl  enerji mənbələrinin yaranması ilə şərtlənir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın münasibətləri çox ciddi şəkildə inkişaf edir”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyevin BƏƏ-ə səfəri ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, BƏƏ hazırda kifayət qədər investisiyalara malik dövlətə çevrilib:

“Buna görə də Azərbaycanla dost münasibətlərinin qurulması olduqca mühümdür. Təsadüfi deyil ki, dünyada ən böyük Yaşıl Enerji stansiyalarının qurulmasında da BƏƏ Səudiyyə Ərəbistanla birlikdə Azərbaycana investisiya qoyur. Bu həm Xəzər dənizində, həm Abşeronda, həm də işğaldan azad edilmiş ərazilərdə Yaşıl  Enerji mənbələrinin yaranması ilə şərtlənir.

Azərbaycan Prezidentinin BƏƏ-nin Milli Günü ilə bağlı keçirilən tədbirdə iştirakı Azərbaycan dövlətinin BƏƏ-ə verdiyi qiyməti əks etdirir. İki dövlət arasındakı münasibətlər artan xətlə inkişaf edir”.

//Səbinə Hüseynli, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!