Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ordu ilə hökumətin qiyamçı elan etdiyi paramiliter Çevik Dəstək Qüvvələri (HDK) arasında gedən vətəndaş müharibəsində tərəflərdən heç birinə silah dəstəyi verilmədiyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında qeyd olunub. Açıqlamada BƏƏ-nin münaqişə başlayandan bəri Sudanda heç bir tərəfə silah və sursat vermədiyi bildirilib.
Bəyanatda Sudanda heç bir tərəfin dəstəklənmədiyi və münaqişənin başlanğıcından bəri atəşkəs və dialoq çağırışlarının edildiyi, buna nail olmaq üçün səylərin bundan sonra da dəstəklənəcəyi qeyd edilib.
//Gülnarə Abasova, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!