BƏƏ və Fransa arasında enerji sahəsində əməkdaşlıq başlayıbbackend

BƏƏ və Fransa arasında enerji sahəsində əməkdaşlıq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən ay vəzifəsinin icrasına başlayan Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı və əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dövlət başçısı kimi ilk səfərini Fransaya edib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Fransanın prezidenti Emanuel Makronla görüşüb. Görüş zamanı ilk ölkə başçıları enerji sahəsində əməkdaşlığa dair qərar verilib.

“Hal-hazırda enerji təhlükəsizliyi məsələsi qeyri-müəyyən vəziyyətdədir. Bu anlaşma yeni sənaye müqavilələrinin bağlanmasına imkan verməklə, sabit və uzunmüddətli əməkdaşlıq üçün bir yol olacaq”,- deyə Fransa hökumətinin açıqlamasında bildirilib.

//Nəzərbəy Hacıağayev, Editor.az