BƏƏ və İsrail arasında razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaqbackend

BƏƏ və İsrail arasında razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşması barədə razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq.

İsrail ilə BƏƏ arasındakı münasibətlərin normallaşdırılması üzrə danışıqlar gözləniləndən daha sürətli irəliləyir və ABŞ-ın da iştirakı ilə əlavə üçtərəfli razılaşmanın imzalanmasına səbəb ola bilər. Söhbət regionda təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyacaq üç ölkənin “mümkün ittifaqından” gedir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 13-ü bildirmişdi ki, İsrail və BƏƏ ikitərəfli münasibətlərin tam normallaşdırılmasına dair razılığa gəliblər.

//Trend