Bəhram Bağırzadə bu dəfə Üzeyir Hacıbəyovun heykəli önündə – Videobackend

Bəhram Bağırzadə bu dəfə Üzeyir Hacıbəyovun heykəli önündə – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər etdiyi paylaşımlar və verdiyi açıqlamalarla gündəmə gələn Əməkdar artist Bəhram Bağırzadənin son paylaşımı da birmənalı qarşılanmayıb. 

“Yeni Sabah” xəbər verir ki, “Bakılı oğlanlar”ın keçmiş üzvü özünün İnstagram hesabında etdiyi paylaşımla qalmaqala səbəb olub.

Belə ki, aktyor bir neçə gün əvvəl sosial medialarda gündəmi zəbt edən Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə iki gəncin ayaqqabı atmasını mizah predmetinə çevirərək video yayımlayıb.

Paylaşıma “Instagram” izləyiciləri müxtəlif reaksiyalar verərək “Rayondan gələnlər video çəkməyə də qoymurlar”, “Bir qanacaqsız hərəkətin ardınca reklam etmək nə dərəcədə düzgündür?”, “Demək istəyirsiniz rayonlular edib?”, kimi şərhlər yazıblar.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist sözügedən hadisəyə münasibəti zamanı rayonlularla şəhərlilərin arasında ayrıseçkilik etməsi ilə gündəmə gəlmişdi.

Həmin paylaşımı təqdim edirik: