Bəhram Bağırzadə fiziki əngəlli şəxsi ələ saldı və ağlatdı VİDEObackend

Bəhram Bağırzadə fiziki əngəlli şəxsi ələ saldı və ağlatdı VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış KVN-çi Bəhram Bağırzadənin paylaşdığı bir video ciddi ictimai narazılığa səbəb olub.

Belə ki, fiziki əngəlli bir şəxsin “çəkmə, lazım deyil, başına dönüm” deyərək etiraz etməsinə rəğmən onu videoya çəkən B.Bağırzadə “Bu camaata nə məsləhət görürsən?” deyə sual da verib.

Fiziki əngəlli şəxs isə gözləri yaşararaq bir neçə ağrılı cümlə ilə sualı cavablandırıb.

Bu video sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb. Yüzlərlə insan onu paylaşaraq B.Bağırzadəni tənqid edib, hətta Daxili İşlər Nazirliyini tag edərək, bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb edənlər də var.

 

Musavat.com