“Bəhram Bağırzadəyə bir söz deyəcəm, nəsli, kökü, babası, ulu babası…” – Seyran Səxavətbackend

“Bəhram Bağırzadəyə bir söz deyəcəm, nəsli, kökü, babası, ulu babası…” – Seyran Səxavət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxıçı Seyran Səxavət əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnlər haqqında fikirlərinə rekasiya göstərib.

Seyran Səxavət bu sözləri deyib: “Bəhram Bağırzadəni sənəti ilə tanıyıram. Bizim məşhur “Bakılı oğlanlar” komandasının və Anar Məmmədxanovun yetirməsidir. Ona xalq sevgisi də var. Xalq sevgisi olmasa da tamaşaçı sevgisi dəqiq var. Mənim də Bəhram Bağırzadəyə hörmətim və sevgim var.

Bütün bunlara baxmayaraq heç vaxt Bəhramdan elə sözlər gözləməzdim. Öncə şəhərlə kəndi qarşı-qarşıya qoymaq olmaz. Qətiyyən… Amma Bəhrama çox uzun söz demək istəmirəm, çünki hər şeyin qısa cavabı var. Uzun danışmaq acizlikdir. Bəhram Bağırzadəyə bir söz deyəcəm, nəsli, kökü, babası, ulu babası şəhərdə yaşayan, rayona, kəndə gedib, orada yaşamağa başlayanda nə vaxt adaptasiya olacaqlarsa (Bəhram Bağırzadənin dili ilə deyirəm), o vaxt kənddən gələnlər də şəhərə adaptasiya olacaqlar.

Kənddən şəhərə gələnlərdən biri də mən, istənilən şəhərlinin qabağına çıxıb, onunla hər mövzuda danışa bilərəm, elə Bəhran Bağırzadənin özü ilə. Yüz minlərlə adamlar kəndən gəlib şəhərə adaptasiya olublar. İndi Bəhram da restoranda kiminsə qışqırdığını görübsə, bunu bütün rayondan gələnlərin ayağına yazmaq olmaz”.

Qeyd edək ki, Bəhram Bağırzadənin beş il əvvəlki bu fikirləri birmənalı qarşılanmayıb: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.

//Teleqraf