Bəhram Şükürov vəfat etdi – FOTObackend

Bəhram Şükürov vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə il əvvəl hakimlik fəaliyyətinə xitam verilən Bəhram Şükürov vəfat edib.

Editor.az sfera.az-a istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən keçmiş hakim Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Şükürov Apellyasiya Məhkəməsinin ilk hakimlərindən olub. O daha sonra bir sıra rayonlarda hakim kimi fəaliyyət göstərib. Lakin sonradan fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilərək səlahiyyətlərinə xitam verilib.