Bəhreyn kralı Moskvaya niyə gəlib?backend

Bəhreyn kralı Moskvaya niyə gəlib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhreyn kralı Həməd Bin İsa Əl Xəlifə Moskvaya rəsmi səfərə gəlib. Kremlin mətbuat xidməti bildirib ki, mayın 23-də Rusiya prezidenti Vladimir Putin Həməd bin İsa Əl-Xəlifə ilə danışıqlar aparacaq.

Mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin görüşdə Bəhreyn kralı ilə ticarət-iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığı, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Danışıqlardan sonra birgə sənədlər imzalanacaq, lakin mətbuat xidməti hansı sənədlərin olduğunu açıqlamayıb.

//Samir Qurbanov, Editor.az