Bəhruz Quliyev: Bəzi radikal qruplar böyük qələbəni qəbul etmək istəmirbackend

Bəhruz Quliyev: Bəzi radikal qruplar böyük qələbəni qəbul etmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Qələbəni şərtləndirən bir sıra  amillər mövcuddur: düzgün diplomatik siyasət, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması , Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilmiş ərazilərinin dünya miqyasında  tanınması, ordu quruculuğu siyasəti, xalq-lider birliyi. Bütün bu proseslərin getdiyi  44 gün ərzində siyasi mənsubiyyətindən aslı olmayaraq, Azərbaycan xalqı vahid mövqedən çıxış etdi və Ali Baş Komandanın yanında oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında ‘’Səs’’ qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev qeyd edib ki, Böyük zəfərdən sonra bəzi qüvvələr tərəfindən siyasi manipulyasiyalara start verildi:  ‘Bu qüvvələr Azərbaycanın böyük qələbəsini gözdən salmaq üçün mümkün bütün variantlara əl atırlar. Ancaq bu alınmyacaq. Azərbaycan böyük və tarixi qələbə əldə edib.

Aydın məsələdir ki , 10 noyabrda imzalanmış bəyanat Ermənistanın tam təslim olması idi. Dünya tərəfindən qəbul edilmiş və hətta Ermənistanın özünün etiraf etdiyi məğlubiyyəti bəzi radikal qruplar qəbul etmək istəmir. Onlar dərk etmirlər ki, artıq belə bir mövqe sərgiləmək mənasızdır. Çünki xalq Cənab Ali Baş Komandanın, ordunun yanındadır. Bu, böyük qələbəni həzm edə bilməyən qrupların artıq öz  vətəndaşlıq mövqeyində olan problemidir. Azərbaycan xalqı 30 ildir ki, AXC-nin və müxalifətin  1 ildə yaratdığı problemləri həllinə çalışırdı. Cənab Prezidentin gücü hesabına biz bu problemlərin həllinə nail olduq’’.

Gülnarə Abasova, Editor.az