Beknaz Almazbekovla bağlı “Qalatasaray”a xoş xəbərbackend

Beknaz Almazbekovla bağlı “Qalatasaray”a xoş xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul nəhəngi “Qalatasaray” qırğızıstanlı futbolçu Beknaz Almazbekovu artıq əsas komandada oynada biləcək. Editor.az “sporx” a istinadən xəbər verir ki, TFF-nin legioner oyunçu ilə bağlı qaydaları buna icazə verir. Qaydalara əsasən 21 yaşından kiçik olan oyunçu ən azı 10 dəfə milli komandasının formasını geyinməlidir. Almazbekov isə artıq 11 dəfə milli komandanın heyətinə düşə bilib.

Xatırladaq ki, 13 yaşından “Qalatasaray”a transfer olan Almazbekov legionerlərlə bağlı qaydalara görə çətinliklər çəkirdi. Hər nə qədər Türkiyə vətəndaşlığını daşısa da öz ölkəsinin milli komandalarında oynaması onun işini çətinləşdirirdi.   Beknaz Almazbekov son mövsüm “Qalatasaray”ın U-19 komandası ilə çempionluq sevincini yaşamağa da nail olub.

//Nəzərbəy Hacıağayev, Editor.az