Belarus 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv ola bilər.
Editor.az xarici mediaya istinadla xəbər veir ki, bu barədə təşkilatın baş katibi Zhang Minq bildirib.
O, müvafiq anlaşma memorandumunun qüvvəyə minməsi üçün daxili prosedurları tamamlamaq barədə tələb olunan vaxtın hər bir üzv ölkədə hüquqi prosedurların tamamlanmasından asılı olaraq fərqli olduğuna diqqət çəki: “Ərizəçi Sazişə, Terrorizm, Separatizm və Ekstremizmə qarşı mübarizə haqqında 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyasına və ŞƏT çərçivəsində qəbul edilmiş bir sıra beynəlxalq müqavilə və sənədlərə qoşulacaq”.
İyul ayında keçirilən ŞƏT Zirvə toplantısı çərçivəsində Belarusun təşkilata tamhüquqlu üzv ölkə kimi qoşulması üçün öhdəlikləri ilə bağlı saziş imzalanıb.
Qeyd edək ki, 2001-ci ildə Özbəkistanın üzv olması ilə üzvlərinin sayı 6-ya yüksələn Şanxay beşliyinin adı dəyişdirilərək Şanxay Əməkdaşlıq Təşkilatına çevrilib. Pakistan və Hindistan sonradan təşkilata tamhüquqlu üzv kimi qəbul edilib. 2005-ci ildə ŞƏT-ə müşahidəçi kimi qəbul edilən İranın 2021-ci ildə tamhüquqlu üzvlük prosesinin başa çatması ilə üzvlərin sayı 9-a yüksəlib.
//Gülnarə Abasova, Editor.az

