Belarus ABŞ-la dialoqun əsas istiqamətlərini açıqlayıbbackend

Belarus ABŞ-la dialoqun əsas istiqamətlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel bildirib ki, Minsk və Vaşinqton arasında aparılan təmasların əsas mövzuları Ukraynadakı vəziyyət və regional təhlükəsizlik məsələləridir.

Editor.az xəbər verir ki, bu barədə məlumatı BELTA dövlət xəbər agentliyi yayıb.

Tertelin sözlərinə görə, Belarus və Qərbin əsas güclərini təmsil edən ölkələr arasında münasibətlər müxtəlif istiqamətləri – siyasət, iqtisadiyyat və digər sahələri əhatə edir:

“Belarus Respublikası ilə Qərbin əsas maraqlarını ifadə edən dövlətlər arasında münasibətlər bir sıra sahələr üzrə formalaşır – siyasət, iqtisadiyyat və digər istiqamətlərdə”, – deyə DTK rəhbəri vurğulayıb.

O həmçinin qeyd edib ki, Minsk və Vaşinqton arasında dialoqun davam etdirilməsi regionda sabitliyin qorunmasına müsbət təsir göstərib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl bəyan etmişdi ki, Minsk ABŞ-la münasibətləri normallaşdırmaq üçün mühüm razılaşmalar əldə etməyə hazırdır və bu prosesdə Belarusun milli maraqları nəzərə alınmalıdır.

// Gülnarə Abasova, Editor.az