Belarus hakimiyyəti Minsk yaxınlığındakı aerodroma pilotsuz təyyarələrin hücumu ilə bağlı məlumatları təkzib edib.
Editor.az bildirir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin fevralın 26-da Belarus aerodromuna hücumla bağlı xəbərlərə münasibət bildirmək xahişinə cavab verərəkən deyib: “bununla bağlı deməyə sözümüz yoxdur. Axı bu, dərc olunmuş məlumatdır, burada söhbət Belarusdan gedib və Belarus bunu təkzib edib”, – deyə Peskov bildirib.
Qeyd edək ki, dünən, fevralın 26-da, Belarus müxalifətinin BYPOL təşəbbüsü (Belarusda terrorçu kimi tanınır) Maçulişi aerodromunda bir neçə partlayışın baş verdiyi barədə məlumat yayıb. Partlayışlar barədə “WarGonzo” Telegram kanalının təsisçisi Semyon Pegov da məlumat verib. Onun sözlərinə görə, pilotsuz təyyarələr Rusiya Aerokosmik Qüvvələrinin obyektlərinin yerləşdirilə biləcəyi hərbi infrastruktura hücum edib.
Həmin gün axşam Belarusun sərhəd komitəsi bildirib ki, Ukrayna ilə sərhəddə atışma barədə məlumatın “reallıqla heç bir əlaqəsi yoxdur. Silahdan istifadə ilə bağlı heç bir insident baş verməyib və sərhəd naryadları atəş açmayıb”, – Sərhəd Komitəsi qeyd edib.
//Samir Qurbanov, Editor.az