Belarus BMT TŞ-na keçirilən seçkilərdə Sloveniyaya uduzdubackend

Belarus BMT TŞ-na keçirilən seçkilərdə Sloveniyaya uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 6-da BMT Baş Assambleyası Sloveniya, Əlcəzair, Qayana, Cənubi Koreya və Syerra Leonanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib.

Editor.az bildirir ki, bu barədə qurumun saytı məlumat yayıb. 2024-cü il yanvarın 1-də seçilmiş ölkələrin nümayəndələri BMT Təhlükəsizlik Şurasında Qabon, Qana, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya və Braziliyanı əvəz edəcəklər.

“Şərqi Avropa qrupundan bir yer uğrunda iki ölkə mübarizə aparıb – Sloveniya 153, Belarus isə cəmi 38 səs toplayıb”, – məlumatda bildirilir. Seçilmək üçün keçirilən gizli səsvermədə iştirakçıların və səs verənlərin üçdə ikisinin səsini toplamaq lazım olub. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri iki il müddətinə seçilir, çıxan ölkə dərhal yenidən seçilə bilməz.

  //Samir Qurbanov,Editor.az