Belarus ərazisində kütləvi terror aktları hazırlanır – Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəribackend

Belarus ərazisində kütləvi terror aktları hazırlanır – Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel bildirib ki, 7 qrup Belarus ərazisində obyektləri ələ keçirməyə və terror aktları törətməyə hazırlaşır.

Editor.az xəbər verir ki, bu barədə BELTA yazıb. “Ən aqressiv qrup Bialystokda Kardinal Vişinski küçəsi 6a-da hərəkət edir. Ona vaxtilə Hərbi Akademiyada təhsil alıb xaricə qaçmış 1991-ci il təvəllüdlü vətəndaş Əsədulayev rəhbərlik edir.

O, “Şlyaxtiç” təxəllüsü ilə gizlənir. Bu, ən aqressiv strukturlardan biridir”, – DTK rəhbəri jurnalistlərə bildirib. Onun sözlərinə görə, Belarus tərəfinə bu birləşmələrin fəaliyyətinə nəzarət edən Polşa xüsusi xidmət orqanları əməkdaşlarının adları məlumdur. Qruplar orta əsr Rus, Polşa və Litva Böyük Hersoqluğunun cəngavər ordusunda təşkilati-taktiki birləşmələrə verilən adlarla çağırılır.

Xatırladaq ki, martın 31-də Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin Belarusda dövlət çevrilişi hazırladığını bildirmişdi: “Belarusda növbəti çevriliş üçün müəyyən alaylar, pankartlar, legionların formalaşdırılması tam sürətlə gedir”. 24 may Polşa milli müdafiə nazirinin keçmiş müavini general Valdemar Skrzypçak ölkənin Belarusda üsyana hazırlaşdığını bildirib. Onun sözlərinə görə, qiyamda hazırda Ukrayna tərəfində döyüşlərdə iştirak edən belaruslar iştirak edə bilər.

//Samir Qurbanov, Editor.az