Belarus hərbçiləri Ukraynaya hücum əmri alıbbackend

Belarus hərbçiləri Ukraynaya hücum əmri alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna-Belarus sərhədinin meşəlik ərazisinə Belarusun Silahlı Qüvvələrinin 38-ci əlahiddə hava hücumu briqadası yerləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Mövcud məlumata görə, hərbi hissənin komandanlığı Ukrayna ilə sərhədi keçmək barədə əmr alıb. Desantların mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Zabit və əsgərlər rus muzdluları rolunu oynamaq istəmirlər. Müqavilə müddəti may ayında başa çatan hərbçilərin əksəriyyəti müqavilələrinə xitam verilməsinin tərəfdarı idi”, – hesabatda deyilir.