Məlum olduğu kimi, Belarus Müdafiə Nazirliyinin rəhbəri general-leytenant Viktor Xrenin İrana səfər edib.
Səfər zamanı İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşən belaruslu nazirin digər məsələlərlə yanaşı, pilotsuz təyyarələrlə bağlı müqavilə bağlamağa çalışdığı da istisna olunmur.
Editor.az bildirir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat verib. “Ehtimal ki, Xrenin və Aştiani görüş zamanı silah satışını müzakirə ediblər. Və ola bilsin ki, Belarus da öz ərazisində İranın “Şahed” pilotsuz təyyarələrinin istehsalı ilə bağlı saziş bağlamağa çalışıb”, – analitiklər bildirirlər.
ISW əlavə edib ki, çünki İranda Müdafiə Nazirliyinin rəhbəri hərbi texnikanın alqı-satqısı ilə bağlı danışıqlara cavabdehdir.
//Samir Qurbanov, Editor.az

