Belarus ordusu Rusiya tərəfdən hərbi əməliyyatlara qoşulmağa hazırlaşırbackend

Belarus ordusu Rusiya tərəfdən hərbi əməliyyatlara qoşulmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus silahlı qüvvələrinin Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlarda mümkün iştirakı araşdırılır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu günlərdə Belarus Silahlı Qüvvələrinin quru qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin qismən yenidən qruplaşdırılması həyata keçirilib.

Belarus Silahlı Qüvvələrinə məxsus 38-ci hava desant-hücum briqadasının (Brest) və 103-cü hava-desant briqadasının (Vitebsk) hər birindən bir zirehli qrup Brest bölgəsində mövqe tutub.

Bundan əlavə, Aleksandrovka ərazisində (Kiyev vilayətinin Vilça kəndi yaxınlığındakı sərhəd keçid məntəqəsinin ərazisi) 38-ci hava hücumu briqadasından 2 zirehli qrup, Kirovo ərazisində (Polessky radiasiya ehtiyatı) isə 103-cü hava-desant briqadasının 2 zirehli qrupu yerləşdirilib.

Baş Qərargahdan bildirilir ki, işğalçıların əsas səyləri Kiyev, Xarkov, Çerniqov, Sumı, Mariupol, Nikolayev şəhərlərinin ələ keçirilməsi, Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxışın təmin edilməsi istiqamətində cəmləşdirilib.

//Editor.az