Belarus-Polşa sərhədində gərginlik: Miqrantlar əraziyə axışıb – VİDEObackend

Belarus-Polşa sərhədində gərginlik: Miqrantlar əraziyə axışıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd minədək belaruslu qanunsuz miqrant ölkənin Polşa ilə dövlət sərhədinə axışıb.

Kuzneçı sərhəd keçid məntəqəsindən bir qədər cənubda toplaşan insanlar kütləvi şəkildə Polşa ərazisinə keçməyə cəhd göstəriblər.

Müvafiq görüntüləri Polşanın Müdafiə Nazirliyi yayıb. Qurumun sosial şəbəkə səhifəsindən miqrantların bilavasitə ölkə sərhədi yaxınlığında qurduqları çadır şəhərciyinin təsvirləri də paylaşılıb.

Qanunsuz miqrantların qarşısını almaq üçün Polşa tərəfi əraziyə əlavə qüvvələr göndərib. Sərhəd pozucularına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Həmçinin, insanlara atəş açıldığı barədə məlumat yayılıb.

Sərhəddəki vəziyyəti müzakirə etmək üçün Polşa prezidenti hökumətin təcili iclasını çağırıb.

Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.