Belarus prezidenti Rusiya ilə birgə regional hərbi birləşmə haqqında razılığa gəldiyini açıqlayıbbackend

Belarus prezidenti Rusiya ilə birgə regional hərbi birləşmə haqqında razılığa gəldiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko “Ukrayna Belarus ərazisinə hücum planlaşdırır” deyərək Rusiya ilə birgə regional hərbi birlik yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik iclasında deyib ki, Ukraynada Belarus ərazisinə hücum təkcə danışılmıyıb, həm də planlaşdırılıb.

“Biz buna illərdir hazırlaşırıq, lazım gələrsə, cavab verəcəyik”, – deyən Lukaşenko Rusiya lideri Vladimir Putinlə vəziyyəti müzakirə etdiyini bildirib.

Lukaşenko deyib ki, o, Putinlə razılaşıb və regional hərbi qrupun göndərilməsi barədə göstəriş verib.

//Gülnarə Abasova, Editor.az