Belarus qonşularını hədələdi: Ukraynada baş verənlərdən dərs alınbackend

Belarus qonşularını hədələdi: Ukraynada baş verənlərdən dərs alın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Litva, Polşa və Latviyanı dağıntı, ölüm və partlayışlarla hədələyib.

Belə ki, Editor.az-ın “Evropean Pravda”ya istinadən xəbər verir ki, Volfoviç bu sözləri Polşa, Litva və Latviyanın guya hərbçilərin və silahların sayını artırdırdığına, hərbi infrastrukturu modernləşdirdiyinə, müdafiə sektoruna büdcədən böyük vəsaitlər ayrdıqları ilə əlaqədar deyib. Bundan əlavə, o, Belarus sərhədləri yaxınlığında tez-tez xarici hərbi aviasiyaların uçuşlarının baş verdiyini də bildirib.

“Onlar öz infrastrukturlarını yəqin ki, aqressiya hazırlayırlar. Məncə, polşalı, litvalı adi insanlar görürlər ki, bu gün Ukraynada nə baş verir, nə dağıntılar, nə faciələr olur, sadə insanlar necə ölürlər. Ümid edirəm ki, onlar bunu istəməz və düşünməsinlər ki, hərbi əməliyyatlar yalnız Belarus ərazisində olacaq. Xeyr, onların ərazisində də dağıntılar, ölümlər, partlayışlar olacaq”, – Volfoviç bildirib.

  Editor.az