“Belarus Rusiyaya dəstək göstərərsə, bu əsl intihar faktı olar”- Açıqlamabackend

“Belarus Rusiyaya dəstək göstərərsə, bu əsl intihar faktı olar”- Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynada  hərbi məğlubiyyəti və Krım körpüsünün partladılması müharibədə yeni cəbhə açılmasına gətirib çıxarda bilər”.

Bu fikirləri Editor.az-a açlqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, xüsusilə Xerson və Donbasda Ukrayna Silahlı Qüvvələri irəliləyir və Rusiya Ukraynaya qarşı şimal istiqamətində Belarusda cəbhə açmağa çalışır:

“Bu istiqamətdə Rusiya Silahlı Qüvvələri Belarus  əsgərləri ilə “Birgə Əməliyyat Qrupu” yaradır. Rusiya əsgərlərinin bir hissəsi Belarus ərazisində yerləşdirilib. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın təhriki ilə müharibəyə qoşularsa, bu Belarus üçün intihar faktı olar. Minskdə yenidən  müxalifət narazılıqları arta bilər. Lukaşenko Putinin təhrikinə əməl edib müharibədə ikinci cəbhə açarsa, bu çox ağır nəticələr verəcək. Belarus və Rusiyadan ibarət “Birgə Əməliyyat Qrupu” proseslərin gedişini dəyişə bilməyəcək. Belarus ordusu da müharibədə iştirak etmək iqtidarında deyil. Ukraynaya qarşı müharibədə ciddi ruh yüksəkliyi ilə döyüşməyəcəklər və bu da hərbi əməliyyatların gedişinə mənfi təsir edəcək. Nəticədə Belarus ordusu məğlub olub, xalq etiraza qalxacaq. Müharibənin gedişinə əhəmiyyətli təsir göstərməyəcək”.

//Safura Bənnayeva, Editor.az