Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram-da verdiyi məlumata görə, sentyabrın 24-də Belarus ərazisindən Ukraynaya hava hədəfi uçub.
Məlumatda qeyd edilir ki, hədəf yüksək sürətli deyil. O dövlət sərhədini keçib və cənuba doğru uçur. Mesajın verildiyi vaxt hədəf Kiyev və Jitomir vilayətlərinin sərhədində olub. Telegram kanallarının monitorinqi və “eRadar” yazır ki, hədəf “Yak-130” döyüş təlim təyyarəsidir.
“Belarusski Qayun” monitorinq kanalı da Belarus Hərbi Hava Qüvvələrinə məxsus “Yak-130” təyyarəsinin sərhədi keçməsi barədə yazıb.
//Samir Qurbanov, Editor.az