Belarus ordusunun 7-yə qədər batalyonu Ukrayna sərhədində toplanıb.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib. “Belarus Respublikası silahlı qüvvələrinin 7 batalyondan ibarət bölmələri Belarus-Ukrayna sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsini gücləndirməkdə davam edir. Belarus Respublikası ərazisindən ölkəmizin obyektlərinə raket və hava zərbələri təhlükəsi də var”, – deyə spiker bildirib.
Editor.az

