Belarus Ukraynaya hücum edə bilərbackend

Belarus Ukraynaya hücum edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bu ehtimalı hərbi ekspert və tarixçi Mixail Jiroxov “Kanal 24”-ə bildirib. O, Belarusun Qomel vilayətinin sərhədyanı rayonlarında əlavə bölmələr yerləşdirməsini şərh edərkən deyib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bu cür hallar həmişə müçahidə olunub.

“Düşünürəm ki, bu, Lukaşenknun Qərblə gizli və ya açıq danışıqlar aparması fonunda bu cür hallar Vladimir Putin üçün sadəcə “tamaşadır. Putin tərəfindən belə bir loyallıq onun özünə də lazımdır”, – Jiroxov bildirib. Ekspert vurğuladı ki, Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən başlanan müharibə fonunda Belarusdan hücum təhlükəsini istisna etmir: bəzi döyüş briqadaları daim sərhəddədir. Ancaq bu hay-küy, qoşunların köçürülməsi, raketlər və ya buna bənzər başqa şeylər hər zaman baş verir”. Xatırladaq ki, daha əvvəl Belarusun Ukrayna ilə sərhəddə hərbi təlimlərini davam etdirdiyi bildirilmişdi.

Editor.az