Polşa Belarusla sərhəddəki hərbçilərinin sayını təxminən 10 minə çatdıracaq.
Editor.az xarici mediaya istinadən bildirir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak dövlətə məxsus Polşa Radiosuna bildirib ki, 2021-ci ilə qədər ölkənin Belarus sərhədindəki hərbi personalı regionda yerləşdirilən əsgərlərin sayına yaxınlaşacaq.
“Təxminən 10 min əsgər olacaq. Onlardan 4 mini sərhədçilərə dəstək verəcək, qalan 6 mini isə hazır vəziyyətdə olacaq. Bu əsgərlər bacarıqlarını inkişaf etdirəcəklər”,-deyə bildirilib.
Hazırda Polşa-Belarus sərhədində 2000-ə yaxın Polşa əsgəri, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib. Polşa rəsmiləri son günlər sərhədə əsgər göndərilməsi ilə bağlı müxtəlif açıqlamalar verib.
//Safura Bənnayeva, Editor.az