Belarusun xarici işlər naziri Maksim Rıjenkov Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşüb.
Editor.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, görüşün əsas mövzusu Ukraynada münaqişənin sülh yolu ilə həlli perspektivləri və bu baxımdan Minsk və Pekinin rolu olub. 2-ci Minsk Beynəlxalq Avrasiya Təhlükəsizlik Konfransında iştirak etmək üçün Minskə gələn Rıjenkov və Li Hui arasında keçirilən görüşdə sülh yolu ilə həll gözləntiləri ətraflı müzakirə olunub.
Bəyanatda tərəflərin Belarus-Çin münasibətlərinin yüksək səviyyəsini və müsbət dinamikasını alqışladığı, həmçinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyin təsdiqləndiyi bildirilib. Bundan əlavə, Avrasiya regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparan tərəflər böhran vəziyyətlərinin oxşar xarakterini qeyd edərək, güclü və dayanıqlı beynəlxalq təhlükəsizlik sisteminin yaradılması da daxil olmaqla, münaqişələrin əsas səbəbləri ilə mübarizənin vacibliyini vurğulayıblar.
//Gülnarə Abasova, Editor.az

