Belarus yenidən Rusiya-Ukrayna danışıqlarına platforma təqdim etməyə hazırdırbackend

Belarus yenidən Rusiya-Ukrayna danışıqlarına platforma təqdim etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bu gün, avqustun 13-də bildirib ki, onun ölkəsi yenidən Ukrayna üzrə danışıqlar platforması təqdim etməyə hazırdır.

Editor.az bildirir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin “Patriot” hərbi-vətənpərvərlik mədəniyyət və istirahət parkında (Kubinka, Moskva vilayəti) keçirilən “Ordu-2024” beynəlxalq hərbi-texniki forumunda bildirib: “İndiki mərhələdə biz Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə və danışıqlar prosesinin təşkilinə maksimum köməklik göstərməyi zəruri hesab edirik. Eyni zamanda, biz normal dialoqun bərpası üçün hər cür səy göstərəcəyik.

Minsk həmişə belə danışıqlar üçün təhlükəsiz platforma olub və belə də qalır”, – deyə o bildirib. Onun sözlərinə görə, Minsk “münaqişədən sonrakı dünya nizamı çərçivəsində beynəlxalq və regional təhlükəsizliyin yeni arxitekturasının formalaşmasında fəal iştirak etməkdə” qərarlıdır. Eyni zamanda, Aleksandr Volfoviç əlavə edib ki, yeni çağırışların və təhdidlərin yaranması təkcə Belarus və Rusiya arasında müttəfiqliyin möhkəmliyini yoxlayır, həm də iki ölkənin strateji tərəfdaşlığını gücləndirir.

Xatırladaq ki, Minsk 2014-2015-ci illərdə Ukrayna üçün əsas danışıqlar platforması olub.

//Samir Qurbanov, Editor.az