Aİ Belarusa qarşı maliyyə sanksiyaları tətbiq etdibackend

Aİ Belarusa qarşı maliyyə sanksiyaları tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri Belarusa qarşı maliyyə sanksiyaları tətbiq edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, qərara əsasən, Belarusun üç iri bankı (Belaqroprombank, “Dabrabıt Bank” və Belarus İnkişaf Bankı) SWIFT sistemindən ayrılır.

Bundan başqa, Belarus Mərkəzi Bankı ilə transaksiyalar, Belarusa avro əskinaslarının satışı, eləcə də Belarus vətəndaşlarından 100 min avrodan çox məbləğdə depozit qəbulu qadağan olunur.

Qadağaların bu gündən etibarən qüvvəyə minməsi gözlənilir.