Belarusda da “səfərbərlik” elan edildibackend

Belarusda da “səfərbərlik” elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko kənd təsərrüfatı işlərini uğurla başa çatdırmaq üçün ölkədə səfərbərlik elan edib.

Editor.az bildirir ki, bu barədə “Belta” məlumat verib. Məlumatda deyilir: “Hökumətin hesablamalarına görə, bu il kənd təsərrüfatı istehsalı iki dəfə artırıla və məhsulumuz “yaxşı qiymətlərlə” satıla bilər. Kənd təsərrüfatı və müəssisələr üçün böyük bazarlar açılıb.

Biz Rusiyada və Çində hər şeyi sata bilərik”, – deyən Lukaşenko, rayon icraiyyə komitələrinin yeni təyin olunmuş başçılarına müraciət edib. “Ona görə də indi sanksiyalardan, hansısa səfərbərlikdən, müharibədən danışmağın yeri yoxdur. Bu söhbətləri unudun”. Saytın məlumatına görə, Lukaşenka rayon administrasiyası rəhbərlərini məhsul yığımına “hamını səfərbər etməyə” çağırıb və bura məktəblilərin də daxil olduğunu vurğulayıb.

“İnsan 5-6 saat işləyərsə, valideynlər də sevinəcək, uşaqlar da yaxşı fiziki vəziyyətdə olacaqlar”, – Belarus prezidenti deyib. – “Hamımız, siz də, mən də şübhəsiz ki, işlədik. Ən azından çalışdıq, Allaha şükür. Ona görə də tələbələri, fəhlələri, məmurları, digər insanları səfərbər edin ki, bütün məhsulu yığaq. Layiqli pul qazana bilərik, amma İndi yox, yazda”, – Lukaşenko bildirib.

Editor.az,Samir