Belarusdan HƏYƏCAN TƏBİLİ: “Müvafiq döyüş hücrələri hazırlanır”backend

Belarusdan HƏYƏCAN TƏBİLİ: “Müvafiq döyüş hücrələri hazırlanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus xüsusi xidmət orqanları qonşu ölkələrdə diversiya və kəşfiyyat qruplarının hazırlanması barədə məlumatlara malikdir.

Bunu “Belarus” 1 telekanalının efirində Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib .

Onun sözlərinə görə, Ukrayna, Polşa və Baltikyanı ölkələrin ərazisində, o cümlədən Belarusda hökuməti devirmək üçün müvafiq döyüş hücrələri hazırlanır. Volfoviç bildirib ki, qeyri-qanuni silahlı dəstələr Rusiya və Belarus ərazisindən qaçan şəxslərdən ibarətdir.

“Bizdə bu şəxslərin siyahıları var. Ona görə də biz bu təhdidləri neytrallaşdırmaq üçün müvafiq tədbirlər görürük”, – deyə Təhlükəsizlik Şurasının dövlət katibi bildirib.

Publika.az