Belarusdan HÜCUM TƏHLÜKƏSİ: “Səfərbərlik imkanları yoxlanılır”backend

Belarusdan HÜCUM TƏHLÜKƏSİ: “Səfərbərlik imkanları yoxlanılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Baş Qərargahına istinadla məlumat yayıb.

“Təlimlər çərçivəsində Belarus Respublikasının hərbi komissarlıqları tərəfindən təyin edilmiş şəxsi heyət və müəyyən rayonların ərazisində səfərbərlik imkanları yoxlanılır”, – məlumatda deyilir.

Qeyd edək ki, son vaxtlar Belarusun Ukraynaya təcavüzü təhlükəsi ilə bağlı daha çox məlumat yayılıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyinin spikeri Aleksandr Motuzyanik Belarusun Ukrayna yaxınlığında öz ordusunun təxminən 6 batalyonunu cəmləşdirdiyini və sərhəd bölgəsini gücləndirdiyini bildirmişdi.

Jitomir meri Sergey Suxomlinin sözlərinə görə , Belarusun Ukraynaya hücum ehtimalı indi daha da artır.