“Belarusiyanın qoşunlarını həm Ukrayna sərhədlərinə, həm də Kursk istiqamətinə dislakasiya etməsi onu göstərir ki…”- ŞƏRHbackend

“Belarusiyanın qoşunlarını həm Ukrayna sərhədlərinə, həm də Kursk istiqamətinə dislokasiya etməsi onu göstərir ki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO başda olmaqla, Qərbin hərbi-siyasi dairələri Yeni Dünya Nizamı qurmaq yolunda əsas rəqib gördükləri Rusiya-İran-Çin ittifaqını hər vəchlə sıradan çıxarmaq, böyük oyundan və paydan kənarda qoymaq, zəiflətmək istəyirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Ukraynada, Yaxın Şərqdə, eləcə də Tayvan ətrafında baş verənlər məhz bu qlobal hesablaşmanın üzə çıxan təzahürləridir:

“Tarixi təhlil etdikdə bu nəticəyə gəlmək olar ki, qlobal güclərin dünyanı bölüşdürmək uğrunda apardıqları savaşlar yeni aktorların dövriyyəyə girməsi ilə daha geniş coğrafiyalara yayılacaq. Müharibə taktikaları heç vaxt dəyişmir, çünki coğrafiyalar dəyişmir. Qərbin hərbi-siyasi dairələrinin Ukrayna uğrunda Rusiya ilə apardığı savaş əslində səksən bir il əvvəl keçmiş Sovet İttifaqı ilə Hitler Almaniya arasında baş vermiş “Kursk savaşı” ilə mahiyyət və coğrafiya etibarı ilə eynidir. Sadəcə 1943-cü ilin yayında baş vermiş və dünyada ən böyük tank müharibəsi olaraq tarixə keçmiş bu savaş 50 gün çəkdi, hazırda davam edən savaşın isə sonu görünmür.

Yeni dövlətlərin, dövlətdən kənar aktorların dövriyyəyə girməsi ilə bu savaş daha qlobal əhəmiyyət qazanacaq.Ukrayna ordusunun gözlənilmədən Rusiyanın Kursk vilayətinə daxil olması və ələ keçirdiyi ərazilərdə möhkəmlənməyə çalışması savaşda növbəti hərbi kampaniyanın başlamasından xəbər verir. Belarusiyanın öz qoşunlarını həm Ukrayna sərhədlərinə, həm də Kursk istiqamətinə dislokasiya etməsi də onu göstərir ki, bu ölkə gec-tez savaşın bir cəbhəsinə çevriləcək”.

//Gülnarə Abasova, Editor.az