Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhədi möhkəmləndirmək üçün əməkdaşlarını məzuniyyətdən geri çağırır.
Editor.az bildirir ki, bu barədə xidmətin rəsmi məlumatında deyilir. Məlumata görə, avqustun 15-dən onlar xarici dövlət sərhədinin mühafizəsini gücləndirmək üçün əlavə sərhəd dəstələrinə səfərbər ediləcəklər.
“Qərar ötən sutka ərzində Latviya-Belarus sərhədində hibrid təhlükənin kəskin artması, sərhədi qanunsuz keçməyə 96 cəhdin aşkarlanması, habelə Belarus hakimiyyətinin qeyri-qanuni miqrant axının təşkilində artan iştirakı ilə əlaqədar qəbul edilib”, – mesajda deyilir.
//Samir Qurbanov, Editor.az