Belaruslu casuslar Polşada yaxalandılarbackend

Belaruslu casuslar Polşada yaxalandılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Editor.az-ın “Evropeyskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, Poznan hərbi polisi Belarus xüsusi xidmət orqanlarına çalışmaqda şübhəli bilinən iki belaruslunu saxlayıblar.

Onlar Polşanın təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb edən hərbi və mülki obyektlər barədə məlumat toplayarkən yaxalanıblar. Prokurorluq şübhəliləri Belarus xüsusi xidmət orqanlarının xeyrinə casusluqda ittiham edib və prokurorun tələbi ilə 3 ay müddətinə həbs ediliblər. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.

  Editor.az