Belarusun “Maçulişi” hərbi aerodromunda partlayış baş verib: Rusiya qırıcıları zərər görübbackend

Belarusun “Maçulişi” hərbi aerodromunda partlayış baş verib: Rusiya qırıcıları zərər görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü Belarusun Maçuliçi hərbi aerodromunda partlayış səsləri eşidilib.

Editor.az bildirir ki, bu barədə Belaruslu jurnalist Anton Motolko məlumat verib. Motolkonun sözlərinə görə, yerli sakinlər saat 8:00-9:30 radələrində 2, gecə saatlarında isə daha bir partlayış səsi eşidiblər.

İlkin məlumatlara görə, aerodrom ətrafında bir neçə yerdə yol polisi avtomobilləri saxlayaraq, sürücülərin baqajını və sənədlərini yoxlayıb. Daha sonra MAZ VV-lərin aerodrom istiqamətində hərəkəti müşahidə olunub.

Partlayış nəticəsində Rusiya hərbi nəqliyyat təyyarəsi və qartəmizləyən maşınlar sıradan çıxıb. Qeyd edək ki, “Kinjal” raketlərinin daşıyıcıları adətən məhz Maçulişi hava limanından havaya qalxır və buna görə də Ukraynada adətən hava hücumu xəbərdarlığı elan edilir.

  //Samir Qurbanov, Editor.az