Belarusun sərhədyanı bölgələri müharibə rejiminə keçirbackend

Belarusun sərhədyanı bölgələri müharibə rejiminə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Fövqəladə Hallar Nazirliyi Qomel vilayətinin müharibə şəraitinə keçməyə hazır olduğunu bəyan edib.

Editor.az BELTA-ya istinadən xəbər verir ki, cənub-şərq bölgəsində Fövqəladə Hallar Nazirliyinin və mülki müdafiə birləşmələrinin müharibə vaxtı əməliyyatlara keçməyə hazırlığının bir sıra elementləri işlənib.

Əvvəllər oxşar təlimlər daha iki regionda keçirilib: “Xüsusi birləşmələrin hazırlığı, onların şəxsi heyətinin səviyyəsi və s. yoxlanılıb. Ümumiyyətlə, regionun sistemi lazım gələrsə, müharibə dövrünə keçirilməyə hazırdır… Biz hərbi komponentin bütün elementlərinin qarşılıqlı fəaliyyətini də yoxlamışıq.

Bundan əlavə, biz ümumi işi yaxşılaşdırmaq, texniki vasitələrin resurslarını cəlb etmək, xüsusi bölmələrin çeşidini genişləndirmək və daha perspektivli istiqamət müəyyən etdik”, – deyə nazirin birinci müavini Aleksandr Xudoleyev bildirib.

//Samir Qurbanov, Editor.az