Belçika AES-lərini inkişaf etdirirbackend

Belçika AES-lərini inkişaf etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanı işğal etməsinə görə Rusiyaya tətbiq edilən sanksiyalardan ötrü Avropada qazın qiyməti kəskin bahalaşıb. Qazın qiymətinin bahalaşması ilə paralel olaraq elektrik enerjisinin qiymətində də artım müşahidə olunub. Elektrik enerjisinə olan ödənişlərin sürətlə artması səbəbindən Atom Elektrik Stansiyalarını (AES) bağlanmasını istəyənlərin sayı 9 % azalıb.

Editor.az “Haberler.com”a istinadən xəbər verir ki, ictimai fikrin öyrənilməsi üçün 2614 nəfər arasında sorğu keçirilib. Sorğu zamanı AES-lərin bağlanmasına etiraz ən çox paytaxt Brüsseldən gəlib. Belçika hökuməti 2025-ci ilə qədər ölkədə mövcud olan 7 reaktorun fəaliyyətinə son qoymaq qərarına gəlmişdi. Ancaq son hadisələr səbəbi ilə öz enerji təhlükəsizliyini təmin etmək üçün hökumət bu qərarı dəyişdirib.

//Editor.az