Belçika F-16 qırıcılarının Ukraynaya çatdırılmasını bir il müddətinə təxirə salmaq qərarına gəlibbackend

Belçika F-16 qırıcılarının Ukraynaya çatdırılmasını bir il müddətinə təxirə salmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın ilk F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi Brüsselə təyinatlı F-35 təyyarələrinin çatdırılmasında gecikmələrə görə ən azı bir il gecikib.

Editor.az xəbər verir ki, Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Frederik Vansina “Soir” qəzetinə müsahibəsində bu məsələyə toxunub.

“Ümid edirik ki, ilk təyyarəni [Kiyevə] bu ilin sonuna kimi çatdıracağıq”, – nəşrin mənbəsi bildirib. Belçika Baş Qərargah rəisi ABŞ-ın F-35-lərin Belçikaya tədarükünü gecikdirməsi səbəbindən təyyarənin Ukraynaya çatdırılmasının ləngidiyini, Belçikanın Amerika təyyarələrini yalnız 2025-ci ilin sonunda alacağını, təyyarənin 2027-ci ildə tam istismara hazır vəziyyətə gəlməsinin gözlənildiyini bildirib.

Fevralın 14-də ölkənin müdafiə naziri Rustem Umerov bəyan edib ki, Danimarka vəd etdiyi F-16 qırıcılarının əksəriyyətini Ukraynaya təhvil verib.

//Gülnarə Abasova, Editor.az